Təhlükəsizlik Şurası Rusiyanın kosmosda silahlanmanın qarşısının alınmasına dair qətnaməsini qəbul etməyib

21/05/2024 - 03:11

BMT Təhlükəsizlik Şurası Rusiyanın kosmosda silahlanmanın qarşısının alınması ilə bağlı qətnamə layihəsini qəbul etməyib.

APA xəbər verir ki, bu barədə “RIA Novosti“ məlumat yayıb.

    Təşəbbüs tələb olunan 15 səsdən doqquzunu toplaya bilməyib. Rusiya, Çin, Qayana, Əlcəzair, Ekvador, Sierra Leone və Mozambik layihəni dəstəkləyib.

    Eyni zamanda, layihəyə ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Koreya Respublikası, Sloveniya və Malta qarşı çıxıb.

    İsveçrə səsvermədə bitərəf qalıb.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Kipr sahilində zəlzələ oldu
    17/11/2024 - 13:15