Tələbə: Qarabağ Universitetinin ilk tələbələrindən biri kimi Prezidentlə görüşmək böyük sevinc hissi yaratdı

21/09/2024 - 17:47

Dünən cənab prezidentlə görüşdük. Universitetin ilk tələbələrindən biri kimi bu görüşdə olmaq məndə çox böyük sevinc hissi yaratdı. Bu sözləri jurnalistlərə müsahibəsində Qarabağ Universitetinin tələbəsi Zenfira Nəsirova deyib. “Prezidentlə görüşdə Qarabağ universiteti ilə bağlı öz fikirlərimizi söylədik. Qarabağ Universitetindən gözləntilərimiz yüksəkdir. Yataqxananın şəraiti çox yaxşıdır. Qarabağ Universitetində təhsil almaq hər bir tələbə üçün fəxarətdir. Əminəm ki, Qarabağ Universiteti gələcək illərdə yüksək nüfuzlu ali məktəblərdən birində çevirilmək potensialına malikdir və çevirilicəkdir” – deyə Qarabağ Universitetinin tələbəsi bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ