Təltif olunanlar arasında onlar da var

01/07/2024 - 07:10

Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev 24 iyun 2024-cü il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 216 nəfəri mükafatlandırıb.
“Bilesuvarinfo” 
xəbər verir ki, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunanlardan iki nəfər Biləsuvar rayonundandır.
Belə ki, Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Biləsuvar rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Quliyev Nurəddin Süleyman oğlu və Biləsuvar rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə  və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Rəhimli Fəxri Kəlbi oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşlar.

Təbrik edir, onlara işlərində müvəffəqiyyətlər arzu edirik!

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10