Tramp və Harrisin komandaları debatla bağlı razılığa gələ bilmirlər

27/08/2024 - 09:03

Donald Tramp və Kamala Harris arasında 2024-cü il sentyabrın 10-na planlaşdırılan debat, mikrofon qaydaları ilə bağlı fikir ayrılıqları səbəbilə ləğv oluna bilər. APA xəbər verir ki, Donald Trampın komandası Co Bayden ilə əvvəlki debatlarda müəyyən edilmiş qaydalara uyğun olaraq, rəqib danışarkən namizədin mikrofonunun söndürülməsini tələb edir. Kamala Harrisin komandası isə debatın şəffaflığını və ədalətli olmasını əsas gətirərək hər iki iştirakçının mikrofonlarının tədbir boyu açıq qalmasını tələb edir. Namizədlərin seçki komandaları hələ ki, məsələ ilə bağlı danışıqları davam etdirirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10
Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57