Trampın müşaviri İFŞA OLDU: Yeni administrasiya üçün vəzifələri pulla "PAYLAYIRMIŞ"

26/11/2024 - 11:45

Donald Trampın hüquq komandası, onun şəxsi müşaviri və aparıcı hüquqşünası Boris Epşteynin növbəti administrasiyada vəzifələrə namizədlərin təyin edilməsində vasitəçi kimi gizli faydalar əldə etməyə çalışdığına dair hesabat hazırlayıb. Publika.az xəbər verir ki, bu barədə lazımi araşdırma materialları ilə tanış olan, amma adı açıqlanmayan iki şəxsə istinadən "The Washington Post" material dərc edib. Məsələnin təfərrüatı belədir ki, Trampın hüquq komandasının hesabatı Epşteynin məsləhətləşmələr üçün müntəzəm ödənişlər edildiyi təqdirdə, prezidentə qanuni təmsilçilik vədləri ilə potensial namizədlərə necə müraciət etdiyi təsvir edilib. Nəşrin mənbələrinin məlumatına görə, belə təkliflər alanlar arasında maliyyə naziri vəzifəsinə namizəd Skott Bessent də var. Məlumatlara görə, Bessentin fevral ayında Tramp ilə ilk görüşündən bir gün sonra Epşteyn onu "Palm Beach" otelinə nahar etməyə dəvət edir. O da ayda ən azı 30.000 dollar ödəniş tələb edib. Amma bütün bunlara baxmayaraq Epşteyn özü ittihamları rədd edir. Nəşr qeyd edir ki, "Due Diligence Initiative" Trampın özünə məxsusdur. O, Epşteynin potensial namizədlər üçün tələbləri haqqında məlumat aldıqdan sonra bunu sifariş edib. Eyni zamanda, sənəd Epşteynin işini dayandırmağı və Trampla sıx əlaqəni tövsiyə edir, çünki onun hərəkətləri Tramp üçün reputasiya qalmaqalına və Epşteyn üçün potensial cinayət təqibinə səbəb ola bilər. Trampın bir çox müşavirləri Epşteynə şübhə ilə yanaşırdılar, çünki o, qanuni vəzifələrindən çox kənara çıxan vəzifələr üçün tövsiyələr verirdi. Qeyd edək ki, Epşteyn 2020-ci il prezident seçkilərindən sonra Tramp üçün çalışıb. Daha sonra onun hüquq komandasına rəhbərlik edib, çünki Tramp çoxsaylı cinayət ittihamları ilə üzləşib. Epşteyn tələb edib ki, Trampın bütün digər vəkilləri onun vasitəsilə işləsinlər. Noyabr seçkilərindən bəri Epşteyn prezident Trampın komandasında mühüm rol oynayıb, Mar-a-Laqo iqamətgahında əhəmiyyətli vaxt keçirib və əsas vəzifələrə namizədləri tövsiyə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30