Təəssüf ki, Əliyev təkcə güclü deyil, həm də... - Akopyan
Təəssüflə qeyd etməliyəm ki, Ermənistan hakimiyyət orqanlarından fərqli olaraq, Azərbaycan rəhbərliyi kifayət qədər şəffaf işləyir. Təbii ki, bu, heç də qalib tərəf amili, Bakının güclü mövqedən çıxış etməsi ilə bağlı deyil. Axar.az xəbər verir ki, bu sözləri erməni polittexnik Vigen Akopyan yerli mediaya geniş müsahibəsində deyib. “Tarixdə sülh müqaviləsi kimi (sənədə daxil olan maddələr içərisindən) “yalnız razılaşdırılmış müddəaların” imzalanması halları olmayıb, olubsa da, çox azdır. Diplomatiyada bir prinsip var: hər şey razılaşdırılmayıbsa, demək, heç nə razılaşdırılmayıb. Ümumiyyətlə, bu, Paşinyanın özünəməxsus üslubudur: əgər o, hardasa və nədəsə uğursuzluğa düçar olursa, oyuna yeni və təhlükəli elementlər daxil etməyə çalışır”, - deyə o, Paşinyanın “razılaşdırılmış bəndlər üzrə sülh sazişi imzalamaq” təşəbbüsünü qiymətləndirərkən qeyd edib.