TÜRK DÜNYASINDA AXISXA TÜRKLƏRİNİN YERİ… - "Əbədi Birlik" təşkilatının təşkil etdiyi eyni mözvulu görüşün fəxri qonağı Mövluq İşık oldu / Foto

16/01/2023 - 09:20

"Əbədi Birlik" Gənclər İctimai Birliyi və “Əbədi Birlik” Türk Dünyası Komitəsinin təşkilatçılığı ilə "Türk dünyasında Axısxa türklərinin yeri" mövzusunda Zoom platformasında görüş keçirilib.

Qafqaz.media xəbər verir ki, görüşün fəxri qonağı Azərbaycanda yaşayan Axısxa Türkləri "Vətən" İctimai Birliyinin sədr müavini, Dünya Ahıska Türkləri Birliyi (DATÜB) İdarə Heyətinin üzvü Mövlud İşık olub.

Görüş “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyevin açılış nitqi ilə başlayıb.

Mövlud İşık tərəfindən “Axısxa türklərinin tarixi”, “Axısxa türklərinin sürgünü”, “Türkdilli xalqların birliyi” mövzularına toxunulub.

Mövlud İşık öz çıxışında Axısxa türklərinə qucaq açdığı üçün Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirmiş, Ümummilli lider Heydər Əliyevin Axısxa türklərinə qarşı diqqətini hörmətlə yada salıb.

Görüş zamanı gənclərdə maraq doğuran suallar da cavablandırılıb.

Son olaraq "Əbədi Birlik" Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev Mövlud İşıka dəvəti qəbul edib, gəncləri maarifləndirdiyi üçün təşəkkürünü bildirib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12