Türkiyə Ermənistanla sərhəddə hərbi baza tikir – ERMƏNİLƏR BUNU “MİLLİ TƏHLÜKƏSİZLİYƏ TƏHDİD” KİMİ DƏYƏRLƏNDİRİR…

07/01/2023 - 20:47

Türkiyə Silahlı Qüvvələri Ermənistanla sərhəddə, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən Ağrı dağında yeni hərbi baza tikir.

Qafqaz.media Türkiyə mətbuatına istinadən xəbər verir ki, məqsəd terrorla mübarizədir. Hansı ki, PKK-nın İrandan Türkiyəyə keçmək üçün istifadə etdiyi dağ yollarından biri məhz bu ərazidən keçir.

Ağrı valisi Osman Varol jurnalistlərə bildirib ki, hərbi baza xüsusi modul bloklardan tikiləcək. Burada şəxsi heyətin qalması üçün hər cür şərait yaradılacaq.

"Eyni zamanda, baza bütün növ müasir avadanlıqlarla təchiz olunacaq", - o əlavə edib.

Varolla birlikdə jandarma komandiri general Hüsaməddin Erol və digər rəsmi şəxslər bazanın tikintisinə baş çəkib. Onlar qeyd ediblər ki, ərazi Türkiyə üçün strateji əhəmiyyətə malikdir.

"Təhlükəsizlik qüvvələrimizin bu bölgədə yerləşdirilməsi kritikdir qərardır", - Varol deyib.

Türkiyənin Ağrı dağında hərbi baza qurması Ermənistanda narahatlıq yaradıb. Erməni mediası Türkiyənin bu müdafiə tədbirlərini “milli təhlükəsizliyə təhdid” kimi qiymətləndirib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12