Türkiyə limanına lövbər salan rus gəmisində müəmmalı ölüm

25/08/2024 - 09:10

Rusiya bayrağı altında üzən “Navis 2” yük gəmisinin iki ekipaj üzvü gəminin göyərtəsində baş verən qəza nəticəsində həlak olub. Axar.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, insident cümə günü gəmi ölkənin şimal-qərbindəki Bandırma körfəzində lövbər salan zaman baş verib. Konstantin Martınov və Dmitri Moçalovun anbarda qazdan zəhərləndiyi güman edilir. Dənizçilərin cəsədləri Bursa Ədli Tibb Qurumuna aparılıb. Gəmiyə agentlik xidmətləri göstərən şirkətin məlumatına görə, dənizçilər göyərtə lyuklarından birinə düşərək ölüblər. Qazdan zəhərlənmə versiyasına gəlincə, şirkətin qeyd etdiyi kimi, hələlik dəqiq nəticə yoxdur. Qəzet qeyd edir ki, məhkəmə-tibbi ekspertizası başa çatdıqdan sonra cəsədlər Rusiyaya göndəriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24