Türkiyə XİN-dən Trampa hücumla bağlı açıqlama

14/07/2024 - 16:32

ABŞ-ın keçmiş prezidentinə və qarşıdan gələn seçkilərdə prezidentliyə namizədlərdən biri olan Donald Trampa Pensilvaniyada seçki kampaniyası zamanı edilən hücumu ən sərt şəkildə qınayırıq. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib. "Sözügedən sui-qəsd həm də xalqın iradəsinə hücumdur. Demokratik siyasətə zorakılıq, dövlət çevrilişi və digər qeyri-qanuni yollarla müdaxilə yolverilməzdir. Ümid edirik ki, ABŞ-da seçkilər dinc şəraitdə baş tutacaq", - məlumatda qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Türkiyədə güclü zəlzələ
25/11/2024 - 23:58
Fatih Terim də Bakıya gəlir
14/11/2024 - 12:26