ÜÇ VƏZİFƏLİ DEPUTAT “VURULDU” – İki yeni deputat komitə sədri seçildi

23/09/2024 - 15:41

VII çağırş Azərbaycan Milli Məclisinin rəhbərliyi ilə yanaşı daimi komitələrində də dəyişiklik olub. “AzPolitika” xəbər verir ki, bəzi millət vəkilləri postlarında qalsalar da, bir neçə komitəyə yeni sədrlər seçilib. Bir neçə vəzifəli deputat isə yeni tərkibdə sıravi deputat kürsüsündə oturacaq. Beləliklə, əvvəlcə rəhbərliyində dəyişiklik olmayan komitələri təqdim edirik: Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi Sadiq Qurbanov; Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi - Əli Hüseynli; İnsan hüquqları komitəsi - Zahid Oruc; Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi - Səməd Seyidov; Səhiyyə komitəsi - Əhliman Əmraslanov; Ailə, qadın və uşaq məsələləri komitəsi - Hicran Hüseynova; Gənclər və idman komitəsi - Şahin Hüseynov; Regional məsələlər komitəsi - Siyavuş Novruzov; Əmək və sosial siyasət komitəsi - Musa Quliyev; Aqrar siyasət komitəsi - Tahir Rzayev. Sədrləri dəyişdirilən komitə sədrləri: Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi - Arzu Nağıyev; İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi - Azər Əmraslanov; Elm və təhsil komitəsi - Anar İsgəndərov; İctimai birliklər və dini qurumlar komitəsi - Fazil Mustafa; Mədəniyyət komitəsi - Polad Bülbüloğlu. Qeyd edək ki, Arzu Nağıyev bu postda Milli Məclis sədrinin müavini seçilmiş Ziyafət Əsgərovu, Anar İsgəndərov Bəxtiyar Əliyevi, Azər Əmraslanov Tahir Mirkişilini, Fazil Mustafa eks vitse-spiker Fəzail İbrahimlini, Polad Bülbüloğlu isə Fazil Mustafanı əvəzləyib. Xatırladaq ki, ötən ilin sentyabrında deputat Qənirə Paşayeva vəfat etdikdən sonra onu bu posta müavini Fazil Mustafa əvəz etmişdi. Siyahıdan göründüyü kimi, F.Mustafa İctimai birliklər və dini qurumlar komitəsinin sədri seçilib. Beləliklə, Milli Məclisdə deputat seçilsələr də, vitse-spiker və komitə sədri postlarını itirən üç şəxs var: Fəzail İbrahimli həm vitse-spikerlkdən, həm də İctimai birliklər və dini qurumlar komitəsi sədrliyindən gedərək sıravi deputat kimi fəaliyyətini davam etdirəcək. Bəxtiyar Əliyev Elm təhsil komitəsində sədrliyini Anar İsgəndərova təhvil verdikdən sonra vəzifəsiz deputatlardan biri olacaq. Milli Məclisdə ən böyük itki yaşayanlardan biri də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrliyi ilə vidalaşan Tahir Mirkişilidir. Seçki prosesi dövründə yerli media onun bitərəflərin namizədi kimi vitse-spikerliyə iddialı olduğunu yazsa da, göründüyü kimi, o heç komitə sədri də seçilə bilmədi.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ