Ucarda kişi həyat yoldaşını bıçaqlayıb öldürdü - YENİLƏNDİ

28/07/2024 - 17:32

Ucarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Ucar rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, iyulun 28-də saat 15 radələrində Ucar rayonu ərazisində 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 1979-cu il təvəllüdlü Kamil Qarayevin arvadı Rəvanə İsmayılovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamil Qarayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

    ***

    Ucarda 34 yaşlı qadını həyat yoldaşı bıçaqlayıb.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, bu gün saat 15 radələrində Ucar rayonunun Qazyan kənd sakini, 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovaya kəsici alətlə xəsarətlər yetirilməsi nəticəsində ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

      Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən R.İsmayılovanın həyat yoldaşı, 1979-cu il təvəllüdlü Kamil Qarayev saxlanılıb.

      Araşdırmalar aparılır.

      BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ