Ukrayna MN: Yaponiya Kiyevə 7 milyard dollar həcmində yardım edib

02/06/2024 - 21:42

Yaponiya 2022-ci ilin fevralından Ukraynaya 7 milyard dollar həcmində yardım edib.

APA xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” forumu çərçivəsində yaponiyalı həmkarı Minoru Kihara ilə görüşündən sonra bildirib.

    “2022-ci ilin fevral ayından Yaponiya Ukraynaya humanitar layihələr və qeyri-öldürücü hərbi texnikanın verilməsini əhatə edən 7 milyard dollardan çox yardım edib”, - Umerov qeyd edib.

    Nazirin “Facebook”da yazdığına əsasən, danışıqlar zamanı ərazilərin minalardan təmizlənməsi, istehkamlar üçün avadanlıq və Ukrayna üçün təcili yardım maşınlarının verilməsi məsələləri müzakirə olunub.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ