“Ukrayna ordusu qışda hücumu davam etdirməlidir” - BRİTANİYA MÜDAFİƏ NAZİRİ

25/11/2022 - 09:54

Ukrayna ordusu döyüş meydanındakı üstünlüklərindən yararlanmaq üçün qışda hücumu davam etdirməlidir.

“The Daily Beast” xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildriib.

Onun sözlərinə görə, hər həftə ukraynalı həmkarına məhz bu cür məsləhətlər verir.

“Ukraynalıların təlim, təchizat və ordunun yüksək keyfiyyəti ilə ruhdan düşmüş, pis təlim keçmiş və zəif təchiz olunmuş ruslara qarşı üstünlüklərini nəzərə alsaq, qışda sürəti davam etdirmək Ukraynanın maraqlarına uyğun olardı”, - deyə britaniyalı nazir bildirib.

Uollesin sözlərinə görə, Ukrayna hərbçiləri artıq 300 min dəst qış forması alıblar.