Ukrayna XİN rəhbəri Saakaşvili ilə bağlı narahatlığını bildirdi

16/12/2022 - 23:30

“Ukrayna vətəndaşı Mixail Saakaşvilinin səhhətinin ciddi şəkildə pisləşməsindən çox narahatıq”.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi dekabrın 15-də bəyanat yayıb.

Nazirlik Gürcüstanı eks-prezidentə lazımi tibbi yardım göstərməyə, həmçinin onun müalicə üçün Avropa və ya Amerika klinikalarından birinə köçürülməsi üçün möhlət tələbini təmin etməyə çağırıb.

Nazirlik həmçinin Gürcüstan hakimiyyətini Saakaşvilinin Ukrayna parlamentinin insan haqları üzrə müvəkkili Dmitri Lubinetslə görüşməsinə icazə verməyə çağırır. “Mən şəxsən Ukrayna Ombudsmanı kimi onun həyatına heç bir şeyin təhlükə törətmədiyinə əmin olmağı zəruri hesab edirəm”, - Dmitri Lubinets Facebook-da yazıb.

Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatı Gürcüstanın eks-prezidenti ətrafında baş verən cari hadisələr fonunda verilib. Hansı ki, müxalifət siyasətçiləri, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşlar Gürcüstan hakimiyyətini onun səhhəti üçün məsuliyyəti üzərinə götürməyə çağırıblar.

Hazırda məhkəmə Saakaşvilinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar onun cəzasının götürülməsinə baxır.

Qafqaz.media