Vilayət Eyvazov dələduzluqla üzləşən vətəndaşları dinlədi

27/09/2024 - 13:19

Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov 25.09.2024-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında vətəndaşları qəbul edib. Hurriyyet.az xəbər verir ki, vətəndaşları dinləyən nazir onların problemlərinin həlli istiqamətində müvafiq tapşırıqlar vermişdir. Həmin vətəndaşlar içərisində Qarabağ Müharibəsi qazisi, erməni əsirliyində olmuş Abbasov Şirin Tarış oğlu və onun həyat yoldaşı da olmuşdur. Həmin şəxslər vəkil tərəfindən aldadılaraq pullarının ələ keçirildiyini nazirin diqqətinə çatdırmışdılar. Nazir Vilayət Eyvazov onlar tərəfindən vəkildən edilmiş şikayətin şəxsən nəzarətə götürüldüyünü və məsələnin ciddi şəkildə araşdırılaraq qanunamüvafiq tədbirlər görüləcəyini bildirmişdir. Qeyd edək ki, Şirin Abbasov və həyat yoldaşı bundan əvvəl AR Vəkillər Kollegiyasının qarşısında vəkil Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən aldadılaraq külli miqdarda pullarının ələ keçirilməsi barədə KİV-ə müraciət etmiş, həmin pulların qaytarılması ilə bağlı Kütləvi İnformasiya Vasitələrinə müraciət edərək kömək istəmişdir. Bundan başqa Şirin Abbasovun şikayəti əsasında Binəqədi RPİ-də fakta görə cinayət işi başlanılmışdır. Həmçinin Şirin Abbasov dələduzluq yolu ilə ələ keçirilən pulunun qaytarılması ilə bağlı bütün hüquqi vasitələrdən istifadə edəcəyini bildirmişdir.

Hurriyyet.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55
Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42