Xaçmazda ata və oğul biçaqlanıb, oğul ölüb

17/08/2024 - 09:38

Xaçmaz rayonunun Nabran kəndində bıçaqlanma faktı baş verib. APA-nın Şimal bürosu xəbər verir ki, Xaçmaz rayonunun Köhnə Xudat kəndinin sakinləri 1988-ci il təvəllüdlü Nurlan Məmmədrəhimov və oğlu 2009-cu il təvəllüdlü Cavidan Məmmədrəhimov tanıqları şəxs tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqlanıblar. Nəticədə, 15 yaşlı Cavidan Məmmədrəhimov aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb. Nurlan Məmmədrəhimov isə, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

     

    Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ