Xəzərin geri çəkilməsi nəticəsində 9 min hektara yaxın torpaq sahəsi üzə çıxıb

15/09/2024 - 07:31

Xəzər dənizinin Neftçala rayonu ərazisində suyun geri çəkilməsi nəticəsində 9 min hektara yaxın torpaq sahəsi üzə çıxıb. “Report”un Aran bürosuna ekoloqların verdiyi məlumata görə, rayon ərazisində Xəzər dənizinin qalxması sonuncu dəfə 1982-ci ildən müşahidə olunub. 1996-cı ildən etibarən tədricən geri çəkilmələr başlayıb. Dənizin daha sürətlə geri çəkilməsi isə 2015-2020-ci illərə təsadüf edib. Bu proses indi də davam edir. Mütəxəssislərin fikrincə, dənizin geri çəkilməsi qabarmalar və çökmələr nəticəsində baş verir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ