Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı övladları, digəri qohumunun 4 yaşlı qızıdır - FOTO - YENİLƏNİB-2

10/08/2024 - 11:13

Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı qızlarıdır. APA-nın yerli bürosunun xəbərinə görə, vəfat edən daha bir uşaq isə sürücünün yaxın qohumunun 4 yaşlı qızıdır.

     

    ***

    09:39

    Zərdabda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb. APA-nın yerli bürosunun xəbərinə görə, səhər saatlarında daha 1 nəfər ölüb.

    ***

    09:15

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirib ki, avqustun 9-da saat 23 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi "VGV U75 Plus" markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

    ***

    00:21

    Zərdab rayon ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Zərdab rayonunun İşıqbağı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VGV U75 Plus" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 2 nəfərin öldüyü və 6 nəfərin isə xəsarət aldığı bildirilir. Xəsarət alan şəxslər Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

     

     

    Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı övladları, digəri qohumunun 4 yaşlı qızıdır - FOTO - YENİLƏNİB-2 Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı övladları, digəri qohumunun 4 yaşlı qızıdır - FOTO - YENİLƏNİB-2 Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı övladları, digəri qohumunun 4 yaşlı qızıdır - FOTO - YENİLƏNİB-2 Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı övladları, digəri qohumunun 4 yaşlı qızıdır - FOTO - YENİLƏNİB-2 Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı övladları, digəri qohumunun 4 yaşlı qızıdır - FOTO - YENİLƏNİB-2

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ