“Azərbaycan Prezidenti “hə” demirsə, heç nəyi qəbul etmirik” – ƏHMƏD OBALIDAN SENSASİON MÜSAHİBƏ

04/02/2023 - 16:49

Güney Azərbaycan Milli Cəbhəsinin öncüllərindən biri, “Gunaz.TV”-nin yaradıcısı Əhməd Obalı “Qafqaz Media” internet telekanalının aparıcısı Kamran Güllərin suallarını cavablandırıb.

Müsahibədə İranda davam edən etiraz aksiyalarının səbəbləri, molla rejiminin Xoyda baş verən zəlzələdən zərər çəkən soydaşlarımıza qarşı ögey münasibəti və ümumiyyətlə, yaxın vaxtlarda İranı gözləyən proseslər ətrafında fikir mübadiləsi aparılıb, bir sıra suallara cavab axtarılıb.

Qafqaz.media həmin müsahibəni oxucularına təqdim edir:

Müsahibədən sitatlar:

- 2020-ci ildə torpaqlar erməni işğalından azad olunduqdan sonra milli ruhumuz daha da yüksəldi;

- İndi biz bu taydan o tayın həsrətini çəkirik;

- Təbrizdə öz pulumuzla ana dilimizdə bir məktəb aça bilmriksə, burası necə bizimdir?!

- Güney Azərbaycan türkləri istiqlal istəyir...

- İran dövləti 1965-ci ildən Qərbi Azərbaycanda sistemli olaraq kürd dövləti yaratmağa məşğul olub;

- İranın nifrəti onun gözünü kor edib, iran nifrət ölkəsidir;

- İrandakı Azərbaycan səfirliyini qoruyan polisin silahı bir neçə gün əvvəl alınıbmış;

- Şəhid Orxan Əsgərov yarım saat can verib, nəinki polis, ambulans da gəlməyib;

- İran dağılacaq, bizlik deyil, o özü özünü dağıdır;

- Kiminsə bizim üstümüzdə oyun qurmasını istəmirik. Biz Azərbaycan dövləti, Azərbaycan Prezidentinə inanırıq. O, “hə” demirsə, biz heç nəyi qəbul etmirik.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ