14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb
18/05/2024 - 03:30
Argentinalı futbolçu, 14 yaşlı Mateo Apolonio "Deportivo Riestra" klubunda debüt edib.
APA xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb.
Apolonio bununla Dieqo Maradona və Serxio Aqueronun rekordunu təzələyib.
Futbolçu Argentina kubokunun 1/8 final mərhələsində Lionel Messinin keçmiş komandası olan "Nyuells Old Boyz"la matçın 84-cü dəqiqəsində meydana daxil olub.
Dieqo Maradona 16 yaşına 10 gün qalmış "Argentinos Juniors"da, Serxio Aquero isə 15 yaş 35 günlük olarkən "İndependiente"də debüt edib.
Xatırladaq ki, Mateo Apolonionun komandası "Nyuells Old Boyz"a 0:1 hesabı ilə məğlub olub.