15 avropalı səfir və ABŞ rəsmiləri Gürcüstanın ədliyyə naziri ilə Saakaşvilinin durumunu müzakirə etdilər – TƏFƏRRÜATLAR...

28/12/2022 - 22:58

Almaniyanın Gürcüstandakı səfiri Peter Fişerin sözlərinə görə, bu gün Gürcüstanın Ədliyyə Nazirliyində Aİ-yə üzv olan 15 ölkənin səfirləri ilə yanaşı, ABŞ nümayəndələrinin də iştirak etdiyi iclas keçirilib.

Qafqaz.media xəbər verir ki, diplomatın məlumatına əsasən, səfirlərin nazir Rati Breqadze ilə bugünkü görüşündə Mixail Saakaşvilinin durumu müzakirə olunub.

Lakin səfir qeyd edib ki, söhbətin təfərrüatlarını şərh edə bilməz.

“Görüşdə Avropa İttifaqına üzv 15 dövlətin səfirləri ilə yanaşı, ABŞ-ın nümayəndələri də iştirak edib. Mixail Saakaşvilinin işi ilə bağlı Gürcüstanın ədliyyə naziri ilə görüşdük. Davam edən məhkəmə çəkişmələri və sağlamlıq problemləri haqqında danışdıq, lakin söhbətin təfərrüatlarını şərh edə bilmərəm”, - Peter Fişer deyib.

Qafqaz.media