"3-5 şagirdi olan məktəblərin saxlanılması doğru deyil"

10/09/2024 - 11:44

"Tədris ili yaxınlaşır. Şagird sayı az olan məktəblərin kompleksləşdirilməsi işlərinə başlanıla bilər". Modern.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, hər il qəzalı məktəblərin sayı azalır: "Şagird sayı az olan məktəblərin bəziləri tədrisə yararlı olmadığı halda biz məktəbləri birləşdirmirik, sadəcə tələbələri digər məktəblərə daşıyırıq. Bizim 4 il bundan əvvəl 900 qəzalı məktəbimiz var idisə, bu il təxminən yarıbayarı say azaldıb, məktəbləri təmir etmişik. Bununla belə yenə 400-dən artıq məktəbimiz qəzalıdır. Düşünürəm ki, bu gələcək illərdə sürətlə getsək, bu problemi əsaslı şəkildə həll edəcəyik". Emin Əmrullayev əlavə edib ki, 3-5 şagirdi olan məktəblərin iqdisadi yöndən saxlanılması doğru deyil: "Nə qədər çox məktəb bağlasaq, bir o qədər daha yaxşıdır" - bizim məqsədimiz və mövqeyimiz belə deyil. Daha çox tədrisin kefiyyəti və iqdisadi  amillər nəzərə alınır.  Bu məktəblərin sayları çox deyil, hər regionda bu cür  bir  və ya bir neçə məktəb ola bilər".

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10