ABŞ UKRAYNAYA DAHA 5 ƏDƏD NASAMS GÖNDƏRƏCƏK - Pentaqon 1,2 milyard dollarlıq müqavilə imzaladı

01/12/2022 - 11:22

ABŞ Ukraynanın müdafiəsi məqsədilə NASAMS Hava Hücumundan Müdafiə Sisteminin alınması üçün “Raytheon” şirkəti ilə 1,2 milyard dollarlıq müqavilə imzalayıb.

Qafqaz.media “Reuters”ə istinadən xəbər verir ki, ABŞ Ukraynaya pilotsuz təyyarələrlə mübarizə üçün istifadə oluna bilən səkkiz NASAMS mobil zenit-raket kompleksi tədarük edəcəyini açıqlayıb. Belə komplekslərdən ikisi noyabrda Ukraynaya təhvil verilib, qalan beşi isə hazır olduqdan sonra göndəriləcək.

"NASAMS Ukraynaya təqdim etdiyimiz müxtəlif hava hücumundan müdafiə imkanlarının ən sonuncusudur", -deyə Müdafiə Nazirinin Satınalma və Dəstək üzrə müşaviri Bill LaPlante bildirib.

Pentaqonun bəyanatında deyilir ki, müqavilə Ukraynanın müdafiəsini gücləndirmək üçün NASAMS və müvafiq avadanlıq, xidmətlər və ehtiyat hissələrin alınmasını əhatə edir.

NASAMS (National Advanced Surface-to-Air Missile System) hava hücumundan müdafiə sistemi Norveçin “Kongsberg Defense & Aerospace” şirkəti və Amerikanın “Raytheon” şirkəti tərəfindən birgə hazırlanıb. Kompleks yerüstü qurğudan buraxılış üçün uyğunlaşdırılmış “hava-hava” tipli raketlərə əsaslanır.

Chuck Pfarrer | Indications & Warnings | di Twitter: "AIR DEFENSE: The NASAMS (National/Norwegian Advanced Surface to Air Missile System) is a distributed and networked medium-to- long range surface-to-air missile defense complex

Qafqaz.media