ABŞ və Rusiya diplomatları İstanbulda toplaşır - GİZLİ MÜZAKİRƏLƏRİN DETALLARI...

09/12/2022 - 16:26

İstanbulda Rusiya və ABŞ diplomatlarının “qıcıqlandırıcı məsələlər”lə bağlı görüşü keçirilir.

Qafqaz.media xəbər verir ki, bu barədə Rusiya mətbuatı diplomatik mənbəyə istinadən məlumat yayıb.

"...İstanbulda Rusiya Federasiyası və ABŞ diplomatlarının görüşü keçirilir. Orada qızğın müzakirə edirlər. Bəs əsas müzakirə mövzusu nələrdir? Bunlar viza problemləridir, diplomatik personalın diplomatik heyətlə mübadiləsidir. Üstəlik, gediş-gəliş üçün xarici qurumların necə fəaliyyət göstərməli və ya nə etməməli olduqları müzakirə edilir və s.”, - deyən mənbə bildirib.

Qafqaz.media