Aeroport şossesində yük maşını qəzaya uğrayıb, xəsarət alanlar var

05/08/2024 - 07:17

Bakının Xəzər rayonunda iki yük maşını qəzaya uğrayıb.APA xəbər verir ki, hadisə aeroport şossesində baş verib. Belə ki, “KamAz” markalı yük avtomlbilini idarə edən sürücü ara məsafəsi saxlamadığı üçün nəqliyyat vasitəsini eyni istiqamətdə gedən yük maşınına çırpıb.Qəza nəticəsində aeroport şossesində sıxlıq yaranıb. Sürücü və sərnişin yük maşının salonunda sıxılı vəziyyətdə qaldığı üçün əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Yaralı sürücü və sərnişin salondan çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Aeroport şossesində yük maşını qəzaya uğrayıb, xəsarət alanlar varAeroport şossesində yük maşını qəzaya uğrayıb, xəsarət alanlar var

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ