Ağdamda ətraf mühitin çirklənməsinə qarşı tədbirlər görülüb

08/09/2024 - 10:35

Ağdam rayonu ərazisində polis əməkdaşlarının aidiyyəti qurumlarla birgə keçirdiyi tədbirlərlə ətraf mühitin çirklənməsi halları aşkarlanıb. Bu barədə “Report”a DİN-in Mətbuat xidmətindən bildirilib. Sanitariya-gigiyena qaydalarının təmin olunması məqsədilə müvafiq işlər görülüb, həmin ərazilər təmizlənilib. Polis əməkdaşları tərəfindən rayon ərazisində ətraf mühitə ziyan vurulması hallarının qarşısının alınması məqsədi ilə il ərzində 103 protokol tərtib olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10