Ali Məhkəmədən mədəniyyət nazirinin sabiq müavini barədə QƏRAR

29/11/2022 - 12:03

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

Qafqaz.media apa-ya istinadən xəbər, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə baxılan iş üzrə qərar elan edilib.

Məhkəmə şikayəti təmin etməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Rafiq Bayramov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 4 il 6 aya endirib.