Alim və Fərqanə Qasımovların möhtəşəm konserti
Xalq artisti Alim Qasımov və qızı Əməkdar artist Fərqanə Qasımova növbəti konsertlərini 26 mart 2024 - cü il tarixli gündə Türkiyənin Ankara şəhərində, CSO Ada Ankara Ana Salonda verdilər.Onu da deyim ki, konserti "Türkiyə Kültür və Turizm nazirliyin təşkilatçılığıyla veriblər". Əməkdar artist Fərqanə Qasımova Qafqaz.Media xəbər agentliyinə konsert haqqında təəssüratlarını bölüşüb.
Çox şükür Allahın böyüklüyünə. Həddən artıq, çox gözəl konsertimiz keçdi.
Bizi çox doğmaları kimi qarşıladılar. Fuad müəllim, açığı deyim ki, düzü bu qədər də gözləmirdik. Nə qədər çox sevildiyimizin bir daha şahidi olduq.
Bizi səhnədən buraxmırdılar alqışlara büründük maşallah. Bir sözlə, sürəkli alqış yağışına tutulmuşduq.
Biz də Qafqaz.Media xəbər agentliyinin rəhbərliyi, kollektivi adından dünya şöhrətli sənətkarlarımıza can sağlığı, və yeni uğurlar arzu edirik!!!
Fuad BİLƏSUVARLI
Qafqaz.Media