Almaniya 2023-cü ildə Ukraynanı dəstəkləyəcəyinə söz verdi

31/12/2022 - 08:34

Almaniya kansleri Olaf Şolts 2023-cü ildə ölkəsinin Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.

Bu barədə hökumət başçısı “Tagesschau” telekanalında yayımlanan bayram müraciətində deyib.

“İlin heç bir icmalı 24 fevralda, səhər Rusiyanın ilk raketlərinin Kiyev, Xarkov, Odessa və Ukraynanın digər şəhərlərini vurduğu atəşlər olmadan tamamlanmayıb. Putin Avropanın düz ortasında imperialist zəbt müharibəsi aparır. Lakin o, planlaşdırdığı kimi, bir neçə gün sonra Ukraynanı tutmadı. Ukraynalılar öz ölkələrini cəsarətlə müdafiə edirlər, o cümlədən bizim köməyimiz sayəsində”, - O.Şolts vurğulayıb.

Kansler həmçinin vurğulayıb ki, NATO və Aİ bir çox əvvəlki böhranlar zamanı olduğu kimi parçalanmayıb, hətta “uzun müddətdir olduğundan daha da birləşiblər”./report

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33