Almaniya daha 23 nəfər azərbaycanlını ölkəmizə qaytardı

01/12/2022 - 14:16

Azərbaycan və Avropa İttifaqı arasında icazəsiz yaşayan vətəndaşların readmissiyası haqqında saziş çərçivəsində noyabrın 30-da Almaniyadan 23 nəfər Azərbaycan vətəndaşı geri qaytarılıb.

Qafqaz.media xəbər verir ki, onların qəbul prosesi koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilib.

Hesabatda qeyd olunur ki, Reinteqrasiya üzrə İşçi Qrup geri qayıdanların üzləşə biləcəyi mümkün çətinlikləri aradan qaldırmaq üçün tədbirlər görür.

Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, 2014-cü ildə Azərbaycan və Aİ arasında readmissiya haqqında saziş imzalandıqdan sonra 2021-ci ilin sonunadək 2013, sonrakı dönəmdə isə 420 nəfər Azərbaycana qaytarılıb.

Qafqaz.media