Almaniyanın müdafiə naziri Livana səfər edib – SƏBƏB

19/10/2023 - 14:52

Almaniyanın müdafiə naziri Boris Pistorius cümə axşamı Livandakı BMT sülhməramlı qüvvələrinin alman kontingentini ziyarət edib.

Bu barədə xarici KİV-lər xəbər verir.

Qeyd olunur ki, yəhudi dövləti ilə HƏMAS arasında müharibənin başlamasından sonra Livanın “Hizbullah” qruplaşması İsraillə sərhəddə fəaliyyətini gücləndirib.

Ötən bazar günü Livanın cənubunda UNIFIL missiyasının binasına raket düşüb. Ölən və yaralananlar olmayıb.

Gərginlik fonunda Almaniya bölgəyə əlavə 140 hərbçi göndərib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33