“Anadolu” agentliyi üçün “İlin kadrları”nı seçdilər - Fotolar

20/01/2024 - 21:11

Türkiyənin "Anadolu" agentliyinin (AA) obyektivindən 2023-cü ilə damğasını vuran hadisələrin fotoşəkillərinin yer aldığı “İlin kadrları” müsabiqəsi keçirilib.

Axşam.az-ın məlumatına görə, səsverməyə Azərbaycandan olan sənətçilər də qalıb. Xalq artistləri Mənsum İbrahimov, Elçin Həşimov, Gülyaz və Gülyanaq Məmmədova, Əməkdar artist Elnur Əhmədov, Əməkdar incəsənət xadimi Lalə Hüseynova səsvermədə iştirak ediblər. Onlar xəbər agentliyinin əməkdaşlarının istər Türkiyədə, istərsə də xarici ölkələrdə lentə aldıqları fotoları "Xəbərlər", "Ətraf mühit və həyat", "İdman", "Qəzza: Sübut" və "Zəlzələ: Ümid" kateqoriyaları üzrə dəyərləndiriblər.

Foto: “Atanın hüzurunda”

M.İbrahimov, E.Həşimov və E.Əhmədovun aldığı ortaq qərara əsasən, Emin Sansarın “Atanın hüzurunda” fotosu “Ətraf mühit və həyat”, Mahmut Serdar Alakuşun “Səma akrobatikası” şəkli “Xəbərlər”, Eren Bozkurtun "Olimpiya dönüşü" kadrı isə "İdman" kateqoriyasında daha çox bəyənilib.

Foto: “Səma akrobatikası”

Foto: "Olimpiya dönüşü"

Onlar bu il müsabiqəyə xüsusi olaraq əlavə edilən "Zəlzələ: Ümid" kateqoriyasında Aytuğ Can Şencarın "Zəlzələnin ümidi" və "Qəzza: Sübut" kateqoriyasında Belal Khaledin "Fəryad" adlı fotoşəkillərinə səs veriblər.

Foto: "Fəryad"

Gülyaz və Gülyanaq Məmmədova Esra Hacıoğlu Karakayanın "Göz bəbəyimsən" adlı şəkli "Ətraf mühit və həyat", Mahmut Serdar Alakuşun "Səma akrobatikası" adlı fotokadrını “Ətraf mühit və həyat”, Eren Bozkurtun "Olimpiya dönüşü" işini "İdman" kateqoriyasında birinci ediblər.

Foto: "Göz bəbəyimsən"

Foto: “Həyata tutunmaq”

Onlar “Zəlzələ: Ümid” kateqoriyasında Aytuğ Can Şencarın “Həyata tutunmaq” kadrına, "Qəzza: Sübut" kateqoriyasında isə Belal Khaledin “Anaya baxış” adlı fotosuna səs veriblər.

Foto: "Zəlzələnin ümidi"

Foto: "Anaya baxış"

L.Hüseynova "Ətraf mühit və həyat" kateqoriyasında Cem Tekkeşinoğlunun "Qalatada ay", "Xəbər"də Osmancan Gürdoğanın "Ay və akıncı", "İdman"da Eren Bozkurtun "Olimpiya dönüşü" fotosuna səs verib.

Foto: "Qalatada ay"

Hüseynova "Zəlzələ: Ümid" kateqoriyasında Aytuğ Can Şencarın "Zəlzələnin ümidi" adlı fotosunu birinci seçib.

Foto: "Ay və akıncı"

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ