Avropa İttifaqı sanksiyalardan yayınmanı cinayət hesab edəcək – QANUNU POZANLARI UZUNMÜDDƏTLİ HƏBS GÖZLƏYİR

03/12/2022 - 09:56

Dekabrın 2-də Avropa Komissiyası Avropa İttifaqının məhdudlaşdırıcı tədbirlərini pozmağa görə cinayət cəzalarının tətbiqini təklif edib.

Qafqaz.media xəbər verir ki, məqsəd sanksiyalardan yayınmaq üçün hüquqi boşluqları bağlamaq olub.

Avropa Komissiyasının hüquq məsələləri üzrə sözçüsü Kristian Viqand bildirib ki, oliqarxlar öz vəsaitlərini gizlətmək üçün qanundakı boşluqlardan istifadə edirlər: “Bizim təklifimiz bu boşluqları aradan qaldırmaq və Aİ sanksiyalarının lazımi qaydada həyata keçirilməsini təmin etmək üçün nəzərdə tutulub”.

Beləliklə, Aİ sanksiyalarından yayınmağa cəhd bütün Avropa ölkələrində cinayət hesab olunacaq. Qanunu pozanları 5 il həbs cəzası gözləyir, şirkətlər isə ağır cərimələr ödəməli olacaqlar.

Qafqaz.media