Avropa İttifaqı Ukrayna Silahlı Qüvvələri üçün təlim düşərgələri hazırladı - 100 MİLYONLUQ PROQRAM BAŞLADI

02/12/2022 - 23:02

Avropa İttifaqının diplomatiya üzrə ali nümayəndəsi Josep Borrell bu gün Polşada Ukrayna hərbçilərinin hazırlanması üzrə Avropa proqramının tam əməliyyat hazırlığına çatdığını elan edib.

Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, Borrell proqramın 15 min Ukrayna əsgərinə təlim keçməyə imkan verəcəyini bildirib: “Hazırda 1,1 min əsgər və zabit artıq təlim keçir. Proqramın ümumi dəyəri 100 milyon avroya yaxındır”.

"Avropa İttifaqının 20 ölkəsi missiyada iştirak edir. Bu, Aİ-nin indiyədək tərəfdaşlardan hər hansı biri üçün yaratdığı ən böyük hərbi missiyadır", - Borrell bildirib.

O, həmçinin Aİ-nin əlavə 16 milyon avro ayıracağını və bu vəsaitin təlim avadanlıqlarına xərclənəcəyini bildirib. Bundan əlavə, Aİ-yə daxil olmayan Norveç missiyaya dəstək üçün 50 milyon avro ayıracaq.

Qafqaz.media