Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə şikayət hazırlayır

27/07/2024 - 16:16

Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə şikayət hazırlayır.

APA xəbər verir ki, buna səbəb Fransa-2 telekanalının aparıcılarının canlı yayımda Sena boyunca olimpiya komandalarının paradında Ermənistan idmançılarının keçidi zamanı dedikləri olub: “Əlbəttə ki, ermənilər bizim dostumuzdur və Ermənistan tarixən fransızların ürəyinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Azərbaycan ordusunun əlinə keçən Qarabağın itirilməsi ilə nəticələnib”, - deyə aparıcı canlı yayımda bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33