Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunacaq

01/08/2024 - 10:45

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə avqustun 2-də saat 17:30-da Nizami Kino Mərkəzində ölkəmizdə kinonun yaranmasının 126-cı ildönümü və Azərbaycan Kinosu Günü münasibətilə təntənəli tədbir keçiriləcək.   Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən  Qafqaz.Media saytına verilən xəbərə görə, mədəniyyət xadimlərinin, kino ictimaiyyəti nümayəndələrinin və film həvəskarlarının iştirak edəcəyi tədbirdə əvvəlcə qonaqlar Nizami Kino Mərkəzinin qarşısında kinematoqrafiyamıza həsr edilən sərgi ilə tanış olacaq, eksponatlarla kinomuzun tarixinə səyahət edəcəklər. Qeyd edək ki, avqustun 2-si Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramıdır. Bu əlamətdar tarixin əsası 1898-ci il avqustun 2-də Bakıda ilk kinosüjetlərin kütləvi nümayişi ilə qoyulub. Prezident Heydər Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı sərəncama əsasən, 2 avqust “Azərbaycan Kinosu Günü” elan edilib.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04