Azərbaycan və Belarus liderləri Cıdır düzündə olublar - YENİLƏNİB

18/05/2024 - 03:44

Azərbaycan və Belarus prezidentləri Cıdır düzündə olublar.

    Ads by 

    Reklamçı ol

    Yayınçı ol

    Reklamınızı SmartBee ilə effektiv edin.

    Ətraflı



    Ad - 00:09

    APA-nın məlumatına görə, Prezident Aleksandr Lukaşenkoya məlumat verildi ki, Cıdır düzü Şuşanın rəmzlərindən biri, tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını və digər el şənliklərini keçirdiyi ərazidir.

    Daha sonra dövlət başçıları Şuşa qala divarlarını ziyarət etdilər.

    Belarus Prezidentinə Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verildi. Bildirildi ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq rəmzi olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

    Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar etdilər.

    Qeyd edək ki, ali qonaqların Qarabağa səfərləri artıq ənənə halını alıb. Bu, qonaqlara işğalçının törətdiyi vandalizm aktlarını, Azərbaycan dövlətinin quruculuq siyasətini və sülh gündəliyini nümayiş etdirmək imkanı verir.

    Mədəniyyət paytaxtı Şuşa ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub.

    ***

    17.05.2024

    Saat 14:14

    Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar.

    APA xəbər verir ki, mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar.

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevPrezident İlham Əliyev, Belarus Prezidenti Aleksandr LukaşenkoPrezident İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Rusiyada güclü ZƏLZƏLƏ
    21/09/2024 - 20:10