“Azərbaycanın sülh uğrunda apardığı təşəbbüslər təqdirəlayiqdir” - Meksika Deputatlar Palatasının sədri
26/11/2022 - 08:57
“Azərbaycan dövlətinin sülh uğrunda apardığı təşəbbüslər təqdirəlayiqdir”.
Qafqaz.media xəbər verir ki, bunu Meksika Deputatlar Palatasının sədri Santyaqo Kril Miranda bəyan edib.
O, Meksika hökumətinin daima dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşdığını və davamlı sülhün tərəfdarı olduğunu nəzərə alaraq, bu məsələdə də Azərbaycan hökumətini dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib./report