“Azəriqaz” Sabunçuda mövcud qaz xətlərinin əsaslı təmirini aparır

04/09/2024 - 16:45

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi paytaxtın Sabunçu rayonunda mövcud qaz xətlərinin əsaslı təmirini aparır. “Report” “Azəriqaz”a istinadən xəbər verir ki, Birliyin Layihə Konstruktor Bürosu tərəfindən hazırlanan 29 sayda layihənin icrası qurumun Təmir-Tikinti İdarəsinə həvalə edilib. Avqust ayından etibarən ümumi uzunluğu 22 465 metr nəzərdə tutulan qaz xəttinin yenidən qurulmasına başlanılıb ki, artıq 10 000 metrdən çox hissəsində işlər yekunlaşıb. Təqdim olunan 29 layihədən 10-da işlər artıq tam yekunlaşıb, 17 layihə üzrə işlər davam edir, 2 obyekt üzrə isə işlərə yaxın günlərdə start veriləcək.“Azəriqaz” bildirir ki, sentyabr ayının sonuna qədər qaz xəttinin çəkilişinin tam yekunlaşaraq istismara təhvil verilməsi nəzərdə tutulub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10
Ədalət Verdiyev həbs olundu
25/11/2024 - 18:51