“Bakı-İrəvan görüşünü gözləyirik” - Vaşinqton
17/09/2024 - 00:49
“Rəsmi Vaşinqton Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü üçün vasitəçilik imkanını səbirsizliklə gözləyir”. “Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. “Dayanıqlı sülh razılaşmasına nail olmaq üçün hər iki ölkənin səylərini dəstəkləyirik. Tərəflər bu yolda mühüm irəliləyiş əldə ediblər və biz onlara mümkün olan hər cür yardımı göstərməyə hazırıq”, - M.Miller bildirib.