Bakı metropoliteninin Qırmızı xəttində gecikmələr olub

21/08/2024 - 09:39

Qısamüddətli gərginlik düşməsi nəticəsində Bakı metropoliteninin Qırmızı xəttində qatarların hərəkətinin və stansiyalarda aidiyyəti üzrə normativlərə uyğun tənzimləmə işləri aparılır. "Bakı Metropoliteni" QSC-dən "APA-Economics"ə verilən məlumata görə, bunun nəticəsində xəttin sahələri üzrə qatarların hərəkət intervalında, 1 və 2 dəqiqə gecikmələr müşahidə olunub. "Hazırda qatarların hərəkətinin cədvəl üzrə tənzimlənməsi aparılır. Sərnişinlərin və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün tədbirlər görülüb", - QSC-dən bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ