Bakı-Sumqayıt yolunda ağır yol qəzası olub - 8 nəfər xəsarət alıb

23/12/2023 - 11:32

akı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report" un yerli bürosu məlumat verir ki, hadisə Xırdalan qəbirstanlığının qarşısındakı yolda baş verib. Belə ki, "Opel" markalı avtomobillə "Chevrolet" markalı avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitələrində olan 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ