Bakıda dənizdə batan ikinci şəxsin meyiti tapılıb - YENİLƏNİB

21/07/2024 - 05:34

Bilgəh çimərliyində batan ikinci şəxsin meyiti tapılıb.

APA xəbər verir ki, meyit müayinə üçün morqa təhvil verilib.Hadisə Bilgəh qəsəbəsində baş verib. 2003-cü il təvəllüdlü Alıxanlı Nicat Elman oğlu və hələlik kimliyi bilinməyən dostu dənizdə boğularaq ölüb. N.Alıxanlının meyiti sudan çıxarılaraq morqa təhvil verilib. Digər boğulan şəxsin meyiti axtarışdadır. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, axtarışlara Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ