Bakıda gənc oğlan bıçaqlanıb

25/09/2024 - 06:20

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Xəlil Rza Ulutürk küçəsində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Kənan Abdullayev qeyri-etik ifadə işlədildiyi üçün mübahisə edib. Bu mübahisə qanla bitib və nəticədə K.Abdullayev bıçaqlanıb. O, ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Fakt Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ