Bakıda gənc oğlanı avtomobil vurub
04/08/2024 - 07:52
Bakının Xəzər rayonunda baş vermiş yol nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb. APA xəbər verir ki, hadisə Zirə qəsəbəsində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Mirzəyev Tahir Əli oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı sağ bud sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.