Bakıda sahilə yaxın ərazidə qurğu yanır

29/11/2022 - 17:15

Bakıda sahilə yaxın ərazidəki qurğu yanır.

Qafqaz.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda sahilə yaxın ərazidə doğranmaqda olan qurğuda yanğın olması barədə ilkin məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.