Bakıda sıxlığın qarşısı alınması məqsədilə bəzi küçələrdə işıqforun yaşıl işığının müddəti artırılıb Hadisə

23/10/2024 - 11:17

Bakı yollarında nəqliyyat vasitələri ilə bağlı yaranan qəza şəraiti və ləngimənin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Bu barədə "Report"a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu məqsədlə DaxiMərkəzinin əməkdaşları tərəfindən Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində olan svetoforun iş rejimi dəyişdirilib. Yəni Cəfər Xəndan küçəsindən düzünə və sola hərəkət edən nəqliyyat vasitələri üçün svetoforun təkrarlayıcısında yaşıl işığın müddəti 10 saniyə artırılıb. Bununla da Cəfər Xəndan küçəsindən kəsişməyə daxil olan sürücülərin burada əlavə vaxt itirməsinin qarşısı alınıb. Edilən dəyişiklik müsbət nəticə verib və nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37