“Başqaları edə bilər, çeçenlər edə bilməz?" - Kadırov kamera qarşısında 35 dəfə "jim" etdi / VİDEO
30/12/2022 - 08:38
Çeçenistan rəhbəri Ramzan Kadırov heç vaxt Rusiya prezidentliyinə iddia etməyəcəyini, bu vəzifəyə namizədliyini irəli sürməyəcəyini bildirib.
O xatırladıb ki, Rusiya Federasiyasının vətəndaşıdır, ona görə də dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürmək hüququ var.
“Başqaları edə bilər, çeçenlər edə bilməz? Amma mən bunu heç vaxt etməyəcəyəm”, - o birbaşa xətt zamanı onun Rusiya lideri postuna yüksəlməsi ilə bağlı şayiələrə cavab verərkən deyib.
Kadırov birbaşa xəttin sonunda 35 dəfə “jim” edərək tamaşaçıları tam sağlam olduğuna inandırıb.
Mənbə: m24.ru