Bayden Kiyevə hərbi yardımı davam etdirmək niyyətində olduğunu bildirib

11/10/2024 - 07:19

ABŞ prezidenti Co Bayden Almaniya kansleri Olaf Şolts ilə cümə axşamı telefon danışığı zamanı Ukraynaya hərbi yardımı davam etdirmək niyyətində olduğunu qeyd edib. APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir. “Beləliklə, ABŞ prezidenti ABŞ və Almaniya arasındakı münasibətlərin möhkəmliyini vurğulayıb. O, həmçinin geosiyasi prioritetlər, o cümlədən Ukraynanın müdafiəsinə dəstək üzrə sıx əməkdaşlığı davam etdirmək niyyətini qeyd edib”, - deyə bəyanatda bildirilir. Almaniya hökuməti isə Şolts və Baydenin telefon danışığı zamanı ABŞ prezidentinin Almaniyaya səfərini təxirə salmaq qərarını müzakirə etdikləri açıqlayıb. Qeyd edək ki, oktyabrın 8-də Bayden ABŞ-a yaxınlaşan Milton qasırğası səbəbilə 10-15 oktyabr tarixlərində Almaniya və Anqolaya planlaşdırılan səfərini təxirə salmaq qərarına gəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15